MTRŞ sədri ilə ATƏT müşahidə missiyasının rəhbəri Boris Frlec və media üzrə təhlilçisi Rasto Kuzel arasında görüş keçirilmişdir.

23 sentyabr 2008-ci ildə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov ATƏT müşahidə missiyasının rəhbəri Boris Frlec və media üzrə təhlilçisi Rasto Kuzel ilə görüşmüşdür. 

Görüşdə seçki qabağı təbliğat-təşviqat kompaniyasının teleradio yayımçıları tərəfindən yayımlanmasına dair məsələlər müzakirə olunmuşdur. Şura sədri qonaqların suallarına cavab olaraq bildirmişdir ki, teleradio kanallarında cənab İlham Əliyevin fəaliyyətinin işıqlandırılması ilə prezidentliyə namizəd İlham Əliyevin təbliğatının aparılması fərqli məsələlərdir. Bunları bir-birindən ayırmaq lazımdır. "Xəbərlər" verilişində isə ümumiyyətlə seçki təbliğatı aparılmamalıdır. Çünki mövcud qanunvericiyə görə "Xəbərlər" verilişləri nə sponsorun yardımı ilə hazırlana bilər, nə də həmin verilişlərdə reklam yerləşdirilə bilməz. Yəni bu verilişlər ödənişli ola bilməz. Şura sədri qonaqları maraqlandıran digər suallara cavab vermişdir.