Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.

25 iyun 2008-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda "Lider" televiziya kanalı tərəfindən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun reklamla bağlı tələblərinin pozulması faktı və "ANS" televiziya kanalı tərəfindən xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması faktı müzakirə edilmişdir. Müzakirələrin nəticələrinə uyğun olaraq "Lider" və "ANS" televiziya kanallarına şifahi xəbərdarlıq edilmişdir.