Milli Televiziya və Radio Şurasının ümumrespublika idman televiziya kanalının açılması üçün elan etdiyi müsabiqə başa çatmışdır.

Milli Televiziya və Radio Şurasının 11 aprel 2008-ci il tarixli iclasının qərarı ilə ümumrespublika idman televiziya kanalının açılması üçün elan edilmiş müsabiqə 21 iyun 2008-ci il tarixdə başa çatmışdır. 

Müsabiqədə iştirak etmək üçün üç iddiaçı - "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti (İdman Azərbaycan TV), "Lider Media Holdinq" MMC (Olimp TV) və "Rebrandinq" MMC (Sport Kanal Club – SKC) sənədlərini Şuraya təqdim etmişdir. "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, Şura tərəfindən 1 ay müddətində müsabiqənin nəticələrinə baxılacaq və "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 15.5-ci maddəsinin və "Teleradio yayımı sahəsində xüsusi razılıq (lisenziya) üçün keçirilən müsabiqənin Qaydaları"nın tələblərinə uyğun olaraq müvafiq qərar qəbul ediləcəkdir.