Milli Televiziya və Radio Şurasının iclası keçirilmişdir.

25 aprel 2008-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin ümumrespublika radiosu üçün 105-ci tezliyin ayrılmasına dair müraciətinə baxılmış, "Kəpəz TV" televiziya kanalının,  "Space FM", "ANS ÇM", "Azad Azərbaycan" radio kanallarının monitorinqlərinin nəticələri müzakirə edilmişdir. 

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin ümumrespublika radiosu üçün 105-ci tezliyin ayrılmasına dair müraciətinə uyğun olaraq Bakı şəhəri və Abşeron yarımadasında 105.0 MHs işçi tezliyinin "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə ayrılması barədə qərar qəbul edilmişdir. 

"Kəpəz TV" televiziya kanalı tərəfindən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 35.4, 35.5 və 35.8-ci maddələrinin tələblərinin pozulması faktı ilə əlaqədar olaraq  "Kəpəz TV"-yə xəbərdarlıq elan edilmişdir.

Şura iclasında "Space FM", "ANS ÇM", "Azad Azərbaycan" radio kanallarının monitorinqlərinin nətəcələri qənaətbəxş hesab edilmiş, həmin radio yayımçılarına milli-mənəvi dəyərlərin qorunması üçün səylərin artırılmasına, aparıcıların bayağı, şit hərəkətlər etməsi hallarının aradan qaldırılmasına dair tövsiyələr edilmişdir.