Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir

11 aprel 2008-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasında sahə xarakterli televiziya kanallarının ─ idman, mədəniyyət, təhsil, uşaq və gənclərlə bağlı telekanalların açılması məsələsi müzakirə olunmuşdur. Şura Azərbaycan Respublikasında bu cür xüsusi kanalların açılması məsələsini gündəmdə olan məsələ kimi vurğulamışdır.

Milli Televiziya və Radio Şurası son dövrlərdə idman sahəsində Azərbaycan Respublikasının uğurlarını, idmana dövlət tərəfindən geniş dəstəyin olmasını, bölgələrdə Olimpiya komplekslərinin tikilməsini, ölkəmizin Olimpiya hərəkatında fəal iştirakını, Bakı şəhərinin 2016-cı ildə keçiriləcək Olimpiya oyunlarında namizəd şəhər kimi qeydə alınmasını və digər faktları əsas götürərək 2008-ci il aprelin 21-dən etibarən idman kanalının açılması üçün müsabiqənin elan edilməsi barədə qərar qəbul etmişdir.