Milli Televiziya və Radio Şurasında AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi ilə geniş tərkibli görüş keçirilmişdir.

Milli Televiziya və Radio Şurasında AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi ilə geniş tərkibli görüş keçirilmişdir. Görüşdə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov Şura tərəfindən görülən işlər və qarşıda duran vəzifələr barədə qonaqlara məlumat vermişdir. Bundan sonra Şura sədri Nuşirəvan Məhərrəmov televiziya və radio yayımı ilə bağlı qonaqları maraqlandıran sualları cavablandırmışdır. Görüşdə Azərbaycan Respublikasında televiziya və radio yayımı ilə bağlı qanunvericilikdə olan müddəalarla bağlı fikir mübadiləsi aparılmışdır.