Azad Azərbaycan Radiosu

“Azad Azərbaycan” (106.3FM) radiosu 2004-cü ilin 30 iyun tarixindən etibarən fəaliyyət göstərir. Təsisçisi "Azad Azərbaycan Teleradio Kompaniyası"dır. Milli Televiziya və Radio Şurasının 31 oktyabr 2011-ci il tarixli qərarı ilə "Azad Azərbaycan Teleradio Kompaniyası"nın Bakı şəhəri və Abşeron yarımadasında 106.3 MHs işçi tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılmışdır.

"Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli 713 nömrəli Fərmanının 5.1-ci bəndinə uyğun olaraq lisenziyalar müddətsiz hesab edilmişdir.

 

Ünvan: AZ1100, Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi 10

Tel.: (+99412) 497-46-22 

E-mail: info@atv.az

www.atv.az