106 FM

"106 FM" Radiosu 4 mart 1999-cu il tarixdə "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyası tərəfindən yaradılmışdır. Milli Televiziya və Radio Şurasının 30 sentyabr 2011-ci il tarixli qərarı ilə "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının Bakı şəhəri və Abşeron yarımadasında 106.0 MHs işçi tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılmışdır. 

"Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli 713 nömrəli Fərmanının 5.1-ci bəndinə uyğun olaraq lisenziyalar müddətsiz hesab edilmişdir.