Space FM

"Space FM" radiosu 2001-ci ilin oktyabr ayında yaranmışdır. Milli Televiziya və Radio Şurasının 07 fevral 2012-ci il tarixli qərarı ilə "Space Müstəqil Televiziya və Radio Şirkəti" MMC-nə verilmiş Bakı şəhəri və Abşeron yarımadasında 104.0 MHs işçi tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılığın (lisenziyanın) müddəti daha 6 il uzadılmışdır.

"Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli 713 nömrəli Fərmanının 5.1-ci bəndinə uyğun olaraq lisenziyalar müddətsiz hesab edilmişdir.