Avto FM

"Avto FM" Radiosu 2013-cü ildə fəaliyyətə başlamışdır. Milli Televiziya və Radio Şurasının 2 aprel 2013-ci il tarixli qərarı ilə "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi"nə Bakı şəhəri və Abşeron yarımadasında 107.7 MHs işçi tezliyində ümumrespublika radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.

“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli 713 nömrəli Fərmanının 5.1-ci bəndinə uyğun olaraq lisenziyalar müddətsiz hesab edilmişdir.