Milli Televiziya və Radio Şurasının 18 noyabr 2016-cı il tarixli 11 saylı Qərarı

Bakı şəhəri

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası Prezidentinin 05 oktyabr 2002-ci il tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 21-ci bəndini və Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 27 sentyabr 2016-cı il tarixli 10 saylı qərarında aşağıdakı dəyişiklik edilsin:

a) Qərarın 1-ci bəndində “01 dekabr 2016-cı il tarixdən” sözlərərindən sonra “mərhələli qaydada” sözləri əlavə edilsin.

b) Qərara aşağıdakı məzmunda 1-1-ci bənd əlavə edilsin:

1-1. Respublikanın digər bölgələrində yerüstü yayımlanan analoq TV proqramlarının yayımı aşağıdakı qaydada dayandırılsın:

 

 
Mərhələ  №

     

 Analoq TV vericilərin yerləşdiyi

şəhər və ya rayon

     

Analoq TV vericilərin dayandırılma vaxtı

I mərhələ

 

 1

 2

 3

 4

 5

 6

 7

 8

 Şamaxı

 Qobustan

 Siyəzən

 Şabran

 Xızı

Quba

Qusar

Xaçmaz

01.12.2016

 II mərhələ

 

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

32

Ağsu

İsmayıllı

Kürdəmir

Zərdab

Saatlı

Sabirabad

Ağcabədi

Ağdam

Ucar

Gəncə

Samux

Daşkəsən

Gədəbəy

Göygöl

Şəmkir

Ağstafa

Qazax

Tovuz

Tərtər

Naftalan

Bərdə

Goranboy

Mingəçevir

Yevlax

Ağdaş

 Göyçay

 Qəbələ

 Oğuz

 Şəki

 Zaqatala

Balakən

Qax

             

10.12.2016

 

 III mərhələ

 

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

Şirvan

Salyan

Neftçala

Haciqabul

İmişli

Beyləqan

Füzuli

Cəlilabad

Biləsuvar

Lənkəran

Masallı

Yardımlı

Lerik

Astara

20.12.2016

 

Nuşirəvan Məhərrəmov

Sədr