Milli Televiziya və Radio Şurasının 5 fevral 2019-cu il tarixli 02/2 saylı Qərarı

Bakı şəhəri                                                                                                  

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 11.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq qərara alır:

1. Bakı şəhəri və Abşeron yarımadası ərazisində Azərbaycan Respublikasına məxsus ümumrespublika televiziya proqramlarının və TRT1-in yayımı üç paketdə aparılsın.

2. 37-ci TV kanalında TV proqramlarının yayımı paketdəki sıra nömrəsi aşağıdakı kimi olmaqla həyata keçirilsin:

  1. AzTV HD
  2. Mədəniyyət TV HD
  3. İdman TV HD     

3. 48-ci TV kanalında TV proqramlarının yayımı paketdəki sıra nömrəsi aşağıdakı kimi olmaqla həyata keçirilsin:

  1. AzTV
  2. Mədəniyyət TV
  3. İdman TV
  4. İTV
  5. Lider TV
  6. Space TV
  7.  ATV                       
  8. Xəzər TV   
  9. ARB TV
  10. ARB-24     
  11. TRT 1

4. 34-cü TV kanalında TV proqramlarının yayımı paketdəki sıra nömrəsi aşağıdakı kimi olmaqla həyata keçirilsin:

  1. İTV Full HD
  2. CBC Sport HD

5. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 30 yanvar 2018-ci il tarixli 02/3 saylı qərarı qüvvədən düşmüş hesab edilsin.

 

                                                                                                Nuşirəvan Məhərrəmov

Sədr