Milli Televiziya və Radio Şurasının 23 aprel 2019-cu il tarixli 05/1 saylı Qərarı

Bakı şəhəri                                                                                                     

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ nömrəli Qanununun 15, 19-cu maddələrini, “Lisenziyalar və icazələr haqqında” 15 mart 2016-cı il tarixli 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsini, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 04 dekabr 2001-ci il tarixli 223-IIQ saylı Qanununun 22.0.39.1-ci maddəsini, Azərbaycan Respublikası Prezidentinin 05 oktyabr 2002-ci il tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.6, 9.6-cı bəndini rəhbər tutaraq qərara alır:

1. Digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Real Təhlil İnformasiya Mərkəzi” MMC Milli Televiziya və Radio Şurasının 28 fevral 2019-cu il tarixli qərarı ilə ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci TV yayım kanalı olmaqla) 11 mart 2019-cu il tarixdən 11 aprel 2019-cu il tarixədək elan edilmiş müsabiqənin qalibi hesab edilsin və ona ümumrespublika televiziya yayımı və əlavə informasiya yayımı üçün müddətsiz lisenziya verilsin.

2. “Real Təhlil İnformasiya Mərkəzi” MMC ümumrespublika televiziya yayımı üçün nəzərdə tutulmuş 50 000 (əlli min) manat məbləğində rüsumun dövlət büdcəsinə köçürülməsini təmin etsin.

 

                                                                                                  Nuşirəvan Məhərrəmov

 Sədr