Milli Televiziya və Radio Şurasının 28 iyun 2019-cu il tarixli 06/2 saylı Qərarı

Bakı şəhəri                                                                                                       

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” 25 iyun 2002-ci il tarixli 345-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 30-cu, “Lisenziyalar və icazələr haqqında” 15 mart 2016-cı il tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsini, “Lisenziyalar və icazələr haqqında” 15 mart 2016-cı il tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 2 nömrəli Əlavəsinin 5.8-ci bəndini, Azərbaycan Respublikası Prezidentinin 05 oktyabr 2002-ci il tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.6-cı bəndini rəhbər tutaraq qərara alır:

1. “MEGALİNK” Məhdud Məsuliyyətli Cəmiyyətinə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı (yayımın üsulu – internet) üçün müddətsiz lisenziya  verilsin.

2. “MEGALİNK” Məhdud Məsuliyyətli Cəmiyyətindən abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı (yayımın üsulu – internet) üçün 1500 (min beş yüz) manat məbləğində rüsum tutularaq dövlət büdcəsinə köçürülsün.

 

                                                                                                       Nuşirəvan Məhərrəmov

Sədr