Milli Televiziya və Radio Şurasının 5 noyabr 2019-cu il tarixli 07/1 saylı Qərarı

Bakı şəhəri                                                                                                  

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 15-ci maddəsini rəhbər tutaraq qərara alır:

1. Ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHs işçi tezliyinə 12 noyabr 2019-cu il tarixdən 12 dekabr 2019-cu il tarixədək müsabiqə elan edilsin.

2. Müsabiqə barədə rəsmi dövlət qəzeti olan “Xalq qəzeti”ndə və Milli Televiziya və Radio Şurasının internet səhifəsində elan yerləşdirilsin.

 

                                                                                                  Nuşirəvan Məhərrəmov

 Sədr