Milli Televiziya və Radio Şurasının 4 noyabr 2013-cü il tarixli 08/2 saylı Qərarı

Bakı şəhəri

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 22.3-cü maddəsini, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanın 33.9-cu bəndini rəhbər tutaraq QƏRARA ALIR:     

  1. “Bakı & Boston TV Kommunikeyşn” MMC-nin kabel şəbəkəsi yayımı (teleradio yayımı) üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılsın.
  2. “Bakı & Boston TV Kommunikeyşn” MMC-dən 5000 (beş min) manat məbləğində rüsum tutularaq dövlət büdcəsinə köçürülsün. 

 

Nuşirəvan Məhərrəmov

Sədr