Milli Televiziya və Radio Şurasının 14 fevral 2014-cü il tarixli 04/1 saylı Qərarı

Bakı şəhəri    

  

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 11.4.3, 22-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.6-cı bəndinin tələblərini rəhbər tutaraq QƏRARA ALIR:

1. “AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyasının regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti uzadılmasın və ona regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsindən imtina edilsin.

2. “AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyasının televiziya yayımçısı kimi yayımı 14 fevral 2014-cü il tarixdə saat 18:00-dan etibarən dayandırılsın.

3. Qərarın icrası ilə bağlı müvafiq tədbirlər görülməsi məqsədilə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edilsin.

 

Nuşirəvan Məhərrəmov

Sədr