Milli Televiziya və Radio Şurasının bugün keçirilən iclasında Qarabağda regional radio kanalının açılması üçün elan olunmuş müsabiqənin nəticələri açıqlanmışdır.

7 aprel 2021-ci il tarixdə Milli Televiziya və Radio Şurasının iclası keçirilmişdir. İclasda işğaldan azad olunmuş ərazilərdə radio yayımın təşkili məsələləri müzakirə olunmuş, Qarabağda yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək elan olunmuş müsabiqənin nəticələri açıqlanmışdır.  

Müsabiqə çərçivəsində 7 iddiaçı Şuraya sənədlərini təqdim etmişdir:

  1. "Real Təhlil İnformasiya Mərkəzi" MMC;
  2. "Caspian İnternational Broadcasting Company" MMC;
  3. "Balans Studiyası" MMC;
  4. "İNS ÇM" MMC;
  5. "İsti Press" MMC;
  6. "Azad Azərbaycan" Müstəqil Teleradio kompaniyası;
  7. "ARB 24" MMC.

Geniş müzakirələrdən sonra digər iddiaçılarla müqayisədə müxtəlif dillərdə yayım aparmaq üçün üstün imkanlara, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan "Caspian İnternational Broadcasting Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin ("CBC FM" radio kanalı) müsabiqənin qalibi elan olunması barədə qərar qəbul olunmuşdur.